image-xomeyni-qayidir1backend

Xomeyni ilə bağlı məxfi sənəd yayıldı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeynini ilə bağlı arxiv sənədini açıqlayıb.

İNFOAZ.MEDİA -nın məlumatına görə, “tam məxfi” kimi qeyd edilən sənəddə Xomeyninin 1964-cü il noyabrın 4-dən 1965-ci il oktyabrın 5-dək Türkiyədə nəzarət altında yaşadığı göstərilir.

Sənəddə bildirilir ki, o, həmin dövrdə Bursa şəhərində yerləşdirilib və yazışmalarda “İran qonağı” kimi qeyd olunaraq “Bəlli” kod adı ilə ölkəyə daxil olub.

Arxiv məlumatları Türkiyənin o dövrdə regiondakı siyasi hadisələri yaxından izlədiyini və təhlükəsizlik orqanlarının prosesə nəzarət etdiyini ortaya qoyur.

Jalə

image-5445115867101337072


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki