İslam Respublikası liderinin əmrinə əsasən, Hörmüz boğazı heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq.
Bunu İran parlamenti sədrinin birinci müavini Əli Nikzad deyib.
“Biz Hörmüz boğazını heç bir şəkildə əvvəlki vəziyyətinə qaytarmayacağıq; bu, ağanın əmridir”, – o əlavə edib.
Əli Nikzad vurğulayıb ki, bu sahədə yeni siyasətlər ən yüksək idarəetmə səviyyəsində verilən qərarlar əsasında həyata keçiriləcək.
























