Aparıcı Vüsalə Əlizadə “Instagram” hesabının hekayə bölməsində gül və şokolad fotosu paylaşaraq “Allah bütün subaylara nəsib etsin” sözləri ilə müzakirələrə səbəb olmuşdu. Bəzi izləyicilər onun yenidən ailə qurduğunu iddia edirdi.
Aparıcı sonradan məsələyə aydınlıq gətirilib.
O, bildirib ki, paylaşım şəxsi həyatı ilə bağlı deyil. Bacısı qızı Firəngizin elçilik mərasimi olub.
Vüsalə açıqlayıb ki, bacısı qızı müğənni Tünar Rəhman və Azəri qızı Günel ilə qohumluq əlaqəsi qurur. Belə ki, Firəngiz onların bibisi oğlu ilə ailə qurmağa hazırlaşır.
























