Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İsrailə ünvanlanan açıqlamasında taxıl daşımaları ilə bağlı narahatlıq ifadə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, Ukrayna əvvəlki dövrlərdə “oğurlanmış məhsul” daşıdığı iddia edilən gəmi ilə bağlı İsraill tərəfinə rəsmi müraciət etsə də, adekvat cavab alınmayıb.
Sibiqa əlavə edib ki, hazırda oxşar bir gəminin yenidən Haifa Port limanına daxil olması Ukrayna tərəfindən ciddi narahatlıqla qarşılanır.
Ukrayna XİN rəhbəri İsrailə çağırış edərək, “oğurlanmış taxıl” kimi qiymətləndirilən yüklərin qəbul edilməməsini və bunun ikitərəfli münasibətlərə zərər verməməsini istəyib.
Məsələ ilə bağlı İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib.
Rauf
























