image-kazan-dron-1backend

Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı

Müasir münaqişələr, o cümlədən Ukraynadakı müharibə və İran ətrafındakı qarşıdurma getdikcə klassik hərbi üstünlükdən deyil, asimmetrik müharibə üsullarından daha çox asılı olur.

Bu barədə “Forbes”in analitik Maykl Dempsi bildirib.

O qeyd edib ki, söhbət ondan gedir ki, resurs və texnika baxımından geri qalan tərəf bunu qeyri-standart həllərlə kompensasiya edir – ucuz dronların kütləvi istifadəsindən tutmuş rəqibin həssas infrastrukturuna zərbələrə qədər. Asimmetrik müharibə daha güclü tərəfin üstünlüyünü neytrallaşdırmağa imkan verir və texnoloji üstünlüyü belə zəif nöqtəyə çevirə bilər.

Onun qiymətləndirməsinə görə, məhz bu cür yanaşmalar getdikcə əsas rol oynayır:

“Ukraynada bu, pilotsuz uçuş aparatlarının geniş istifadəsi, yüksək dəqiqlikli zərbələr və daha güclü rəqibi cilovlamağa imkan verən çevik taktikalarda özünü göstərir. İran nümunəsində isə bu, proksi qüvvələrə arxalanma, raket və dron hücumları, eləcə də iqtisadi baxımdan həssas obyektlərə zərbələr şəklində təzahür edir.

Xüsusi diqqət müharibənin iqtisadiyyatına yetirilir. Dronlar kimi ucuz zərbə vasitələri öz dəyəri ilə müqayisədə xeyli böyük zərər vura bilir, halbuki onların qarşısını almaq üçün çox vaxt daha bahalı sistemlərdən istifadə olunur. Bu isə belə bir disbalans yaradır ki, texnoloji cəhətdən inkişaf etmiş ordular belə resurslarını qeyri-səmərəli şəkildə sərf etməyə məcbur qalır”.

Analitik vurğulayır ki, bu transformasiya münaqişələrin məntiqini dəyişir:

“Qələbə artıq tank və ya təyyarələrin sayından daha az, sürətli adaptasiya bacarığından, rəqibin zəif tərəflərindən istifadə etməkdən və qeyri-standart yanaşmalardan daha çox asılıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki