image-6039384520181616011backend

Türkiyə yeni yüksək güclü turbofan mühərrikini təqdim edib

Türkiyə SAHA Expo 2026 sərgisi çərçivəsində yeni yüksək gücə malik turbofan mühərrikini ictimaiyyətə təqdim edib.

İNFOAZ.MEDİA xəbər verir ki, mühərrik Türkiyə Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən tədqiqat və inkişaf mərkəzi tərəfindən hazırlanıb.

Texniki göstəricilərə əsasən, yeni mühərrikin dartı gücü 42 min funt (lbf) təşkil edir. Diametrinin təxminən 465 düym olduğu, hava axınının isə saniyədə 330 funt səviyyəsində olduğu bildirilir.

Qeyd olunur ki, bu mühərrik yüksək performanslı hərbi və aviasiya platformalarında istifadə üçün nəzərdə tutulub və Türkiyənin yerli müdafiə sənayesinin inkişafında mühüm addım hesab olunur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki