Türkiyə Makine ve Kimya Endüstrisi (MKE) tərəfindən hazırlanan ENFAL-17 hava hücumundan müdafiə raketini SAHA Expo 2026 sərgisində nümayiş etdirib.
İNFOAZ.MEDİA xəbər verir ki, yeni raket sistemi əsasən aşağı hündürlükdə fəaliyyət göstərən hədəflərə qarşı nəzərdə tutulub. ENFAL-17 pilotsuz uçuş aparatları, qanadlı raketlər və helikopterlərin məhv edilməsi üçün istifadə ediləcək.
Məlumata görə, raketin maksimal təsir hündürlüyü təxminən 30 min futa qədərdir. Sistem mobil platformalarla inteqrasiya olunur və süni intellekt dəstəyi ilə işləyən komanda-idarəetmə mexanizmi ilə təchiz edilib.
Layihənin əsas üstünlüklərindən biri isə onun iqtisadi səmərəliliyidir. Bildirilir ki, ENFAL-17 analoji sistemlərlə müqayisədə təxminən 8 dəfə daha ucuz başa gəlir.
Ekspertlər hesab edir ki, bu yeni sistem Türkiyənin hava hücumundan müdafiə imkanlarını daha da gücləndirəcək və ixrac potensialını artıracaq.
Rauf
























