image-vize-1backend

Türkiyə və Səudiyyə Ərəbistanı arasında viza rejimi yumşaldılır

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza tələblərinin sadələşdirilməsi ilə bağlı yeni razılaşmanın imzalanması gözlənilir.

İNFOAZ.MEDİA xəbər verir ki, razılaşma iki ölkənin xarici işlər nazirləri arasında keçiriləcək görüşlər çərçivəsində gündəmə gəlib. Sənəd əsasən diplomatik və xüsusi (xidməti) pasport sahibləri üçün viza prosedurlarının yüngülləşdirilməsini nəzərdə tutur.

Gözlənilən addım iki ölkə arasında diplomatik əlaqələrin daha da gücləndirilməsi və rəsmi səfərlərin asanlaşdırılması məqsədi daşıyır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki