image-6039384520181615996backend

Türkiyə müdafiə sənayesindən yeni addım: “Neşter” təqdim olundu

Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN yeni “Neşter” adlı ağıllı sürüşən döyüş sursatını təqdim edib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu sistem İstanbulda keçirilən SAHA 2026 müdafiə sənayesi sərgisində nümayiş olunub. “Neşter” MAM-L ailəsinin yeni variantı kimi təqdim edilir.

Şirkətin açıqlamasına əsasən, bu sursat partlayıcı güc əvəzinə yüksək dəqiqlikli kinetik təsir prinsipi ilə hədəfi zərərsizləşdirir. Sistem yaxınlıq sensoru ilə təchiz olunub və zərbə anına az qalmış açılan xüsusi kəsici qanadlar vasitəsilə hədəfə dəqiq təsir göstərir.

“Neşter”in əsas üstünlüyü isə yan zərəri minimuma endirməsi və xüsusilə dəqiq zərbələr üçün nəzərdə tutulmasıdır.

Qeyd olunur ki, bu tip sursatlar şəhər və ya həssas bölgələrdə hədəfli əməliyyatlar zamanı daha yüksək dəqiqlik təmin etmək üçün hazırlanır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki