ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinonun istefası ilə bağlı artan çağırışlar fonunda ona dəstək verməyə hazır olduğu iddia edilir.
İNFOAZ.MEDİA xəbər verir ki,The Telegraph nəşrinin məlumatına görə, administrasiyanın yüksək vəzifəli rəsmisi Trampın İnfantinoya kömək etmək üçün “əlindən gələni edəcəyini” bildirib.
Mənbənin sözlərinə görə, “Canni bizə tarixin ən yaxşı Dünya Çempionatını keçirməkdə çox kömək etdi. Prezident onu çox sevir. Əminəm ki, prezident ona kömək etmək üçün mümkün olan hər şeyi edəcək. O, sadiq insandır.”
Rauf
























