image-6019175032606625344backend

Tramp administrasiyası aparıcı süni intellekt şirkətlərini Ağ Evə dəvət edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası OpenAI, Google, Anthropic və digər süni intellekt şirkətlərini yeni könüllü AI nəzarət çərçivəsini müzakirə etmək üçün Ağ Evə dəvət edib.

İNFOAZ.MEDİA xəbər verir ki, The Information nəşrinin məlumatına görə, təklifə əsasən, şirkətlər süni intellekt modellərini tərəfdaşlara və ya ictimaiyyətə təqdim etməzdən əvvəl könüllü şəkildə hökumətin qiymətləndirməsinə təqdim edə biləcəklər.

Hazırda görüşün yekun siyasətin formalaşmasına təsir edib-etməyəcəyi, yoxsa sadəcə yeni çərçivənin təqdimatı məqsədi daşıdığı məlum deyil.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki