Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ballistik raket imkanlarının artdığını və bunun qlobal təhlükəyə çevrildiyini bəyan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, hər kəs Rusiyadan gələn ballistik raket təhlükəsini görür, lakin bu silahları istehsal edən Rusiya şirkətlərinə qarşı hələ də hərtərəfli qlobal sanksiyalar tətbiq edilməyib.
O bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi və İranın tətbiq etdiyi taktika potensial təcavüzkar dövlətlərə ballistik raketlərin vurduğu zərərin miqyasını nümayiş etdirib. Bu səbəbdən də qlobal ballistik təhlükənin artmağa davam edəcəyini vurğulayıb.
Zelenski əlavə edib ki, Ukraynanın hazırladığı FREYJA sistemi Avropa üçün vahid inteqrasiya olunmuş raketdən müdafiə sisteminə çevrilə bilər. Onun sözlərinə görə, Ukrayna həm raketləri, həm də buraxılış qurğularını istehsal etmək imkanına malikdir və layihənin uğuru üçün radarlar, sensorlar və digər texnologiyalara malik Avropa ölkələri və şirkətləri ilə əməkdaşlıq həlledici əhəmiyyət daşıyır.
Jalə
























