image-aptopix-iran-warbackend

Tramp: “Hörmüz boğazına faktiki nəzarət ABŞ-ın əlindədir”

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini sərt tənqid edərək, Tehranın danışıqlarla bağlı ziddiyyətli mövqe nümayiş etdirdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, İran tərəfi görüş keçirilməsini istəyir və danışıqlar başlayıb, lakin eyni zamanda ictimai şəkildə heç bir müzakirənin aparılmadığını və yalnız Omanla təmasda olduqlarını bəyan edir.

ABŞ Prezidenti həmçinin İranın Hörmüz boğazına nəzarətlə bağlı açıqlamalarına toxunaraq bildirib ki, boğaz faktiki olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır və Vaşinqtonun razılığı olmadan İrana heç nə çatdırılmayacaq.

Tramp əlavə edib ki, bu vəziyyət yalnız razılaşma əldə olunacağı və ya İranın tam təslim olacağı halda dəyişə bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki