image-cimerlik-reyd-1backend

Dənizdə batanlar jurnalist Rəhilə Həmidovanın bacı-qardaşları imiş

Xəbər verdiyimiz kimi, ötən gün Buzovnada üç nəfər dənizdə batıb.

Dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.

Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.// xitab24.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki