ABŞ İranla müharibədən sonra Küveytdəki uzunmüddətli hərbi mövcudluğunu yenidən qiymətləndirir.
İNFOAZ.MEDİA xəbər verir ki, The Wall Street Journal-ın məlumatına görə, müharibə minlərlə ABŞ hərbçisinin yerləşdiyi Küveytin müasir raket və pilotsuz uçuş aparatları qarşısında nə qədər həssas olduğunu üzə çıxarıb.
Bildirilib ki, Küveyt hələ də ABŞ-ı əsas təhlükəsizlik tərəfdaşı hesab etsə də, münaqişə hər iki ölkəni müdafiə strategiyasını yenidən nəzərdən keçirməyə vadar edib.
Məlumata əsasən, Vaşinqton riskləri azaltmaq üçün bölgədəki hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir. Küveyt isə hava hücumundan müdafiə imkanlarını gücləndirməyə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Bu çərçivədə Pakistanla yeni müdafiə sazişinin bağlanması da gündəmdədir.
Qeyd olunur ki, İranla müharibə bölgədə böyük sayda ABŞ hərbi qüvvəsinin yerləşdirilməsinin artıq müasir raket və pilotsuz aparat təhdidlərinə qarşı tam təhlükəsizlik təmin etmədiyini göstərib.
Rauf
























