ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında danışıqların bazar ertəsi başlayacağı ilə bağlı açıqlamasına baxmayaraq, Pakistan rəsmiləri belə bir görüşün hələlik planlaşdırılmadığını bildiriblər.
İNFOAZ.MEDİA xəbər verir ki, ISNA-nın məlumatına görə, İran tərəfi də hazırda ABŞ ilə hər hansı rəsmi danışıqların aparıldığını təkzib edib.
Bununla yanaşı, Pakistan və Qətərdən olan vasitəçilərin tərəflər arasında görüşün təşkil olunması istiqamətində fəaliyyətlərini davam etdirdiyi bildirilir. Hazırda mümkün danışıqların vaxtı ilə bağlı rəsmi razılaşma əldə olunmayıb.
Jalə
























