İsrailin Baş naziri Benyamin Netanyahu regiondakı təhlükəsizlik vəziyyəti və mümkün ittifaqlarla bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, bölgədə hələ də radikal şiə oxu mövcuddur və bununla yanaşı, güclənməkdə olan radikal sünni oxu da var.
O qeyd edib ki, bu təhdidlər fonunda ərəb ölkələri ilə yeni ittifaqların qurulması vacibdir.
“Və sizə deyim, daha kimlərlə: nə bunu, nə də digərini istəyən müsəlmanlarla. Təəccüblənəcəksiniz ki, onların neçəsi bizə müraciət edir. Onlar İsrailə müraciət edirlər. Mənə müraciət edirlər”, – deyə Netanyahu vurğulayıb.
Jalə
























