image-1773527724_kurdistan24backend

İran rəsmisi: “Ukraynada üç hədəfə zərbə endirməyə hazır idik”

İranın yüksək vəzifəli rəsmisi Möhsün Rzayi Ukraynaya qarşı planlaşdırıldığı iddia edilən hücumla bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki,Rzayinin sözlərinə görə, İran Ukrayna ərazisində üç hədəfə zərbə endirməyə hazırlaşıb.

O iddia edib ki, Ukrayna tərəfi üzr istədikdən sonra planlaşdırılan hücum ləğv olunub.

Rzayi açıqlamasında hadisənin detalları, eləcə də sözügedən üzrün nə vaxt və hansı səbəbdən edildiyi barədə əlavə məlumat verməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki