Abbas Əraqçibackend

İranın xarici işlər naziri Pakistana gedir: ABŞ-la mümkün danışıqlar müzakirə olunacaq

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la mümkün danışıqları müzakirə etmək üçün Pakistana səfər edəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, Al Arabiya-nın məlumatına görə, səfər Pakistan rəsmilərinin ABŞ və İran arasında hələlik heç bir görüşün planlaşdırılmadığını açıqlamasından sonra baş tutacaq.

Bildirilib ki, görüş zamanı Vaşinqton və Tehran arasında mümkün danışıqların təşkili və regional diplomatik səylər əsas müzakirə mövzularından biri olacaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki