Tramp: "Martın 7-də İrana elə zərbələr endirəcəyik ki..."backend

Tramp: “Liberalizm və sosializm çirkli anlayışlara çevrilib”

ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı liberalizm, sosializm və proqressivizmi sərt tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, onun fikrincə, liberalizm, sosializm və proqressivizm artıq mənfi məna daşıyan anlayışlara çevrilib.

O əlavə edib ki, “proqressivizm” sözünün özü yaxşı səslənsə də, radikal sol qüvvələr artıq bu ifadədən istifadə edilməsinə imkan vermir.

“Liberal olan hər şey çirkli və iyrənc hala gəlir. Sosializm, liberalizm, proqressivizm… ‘Proqressivizm’ gözəl sözdür, amma radikal sol artıq onlara bu sözdən istifadə etməyə imkan vermir”, – deyə Tramp bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki