image-rt2_0755backend

Wildberries təsisçisi: “Hücumların məqsədi insanlar arasında panika yaratmaqdır”

Wildberries şirkətinin təsisçisi Tatyana Kim Ukraynanın dron hücumları ilə bağlı növbəti açıqlamasında şirkətə qarşı irəli sürülən ittihamları rədd edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Kim bildirib ki, hücumları həyata keçirən tərəf Wildberries-i guya hərbi təyinatlı məhsullar satmaqda ittiham edir. Onun sözlərinə görə, Wildberries-də satılan məhsullar Amazon və ya Alibaba kimi beynəlxalq onlayn ticarət platformalarında da mövcuddur.

Tatyana Kim iddia edib ki, bu hücumların arxasında heç bir məntiq və ya rasional əsas yoxdur. O əlavə edib ki, hücumları təşkil edən tərəf özü də açıq şəkildə Wildberries-ə qarşı hücumların adi vətəndaşları hədəf aldığını bəyan edib.

“Onların yeganə məqsədi təzyiq göstərmək, vəziyyəti sabitsizləşdirmək, çox sayda insan arasında panika və qorxu yaratmaqdır”, – deyə Kim bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki