Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibəni uzatmağa çalışdığını bəyan edib.
İNFOAZ.MEDİA xəbər verir ki,Zelenskinin sözlərinə görə, Ukrayna kiminlə qarşı-qarşıya olduğunu yaxşı anlayır və Putin müharibəni daha da uzatmağa ümid edir. O bildirib ki, Rusiya rəhbərliyi yeni səfərbərlik tədbirlərinə və ölkə daxilində yeni hücumlara hazırlaşır.
“Biz Rusiyanın əsl niyyətlərini görürük, tərəfdaşlarımızı birləşdiririk və təcavüzkara təzyiqi artırırıq”, – deyə Zelenski vurğulayıb.
Rauf
























