trampbackend

Tramp UFO sənədlərini açıqladı: “Xalq özü qərar versin”

Donald Tramp administrasiyasının UFO və yadplanetlilərlə bağlı məxfi sənədlərin bir hissəsini ictimaiyyətə açıqladığı bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp yaydığı açıqlamada bildirib ki, ABŞ Müdafiə Nazirliyi UFO/UAP fayllarının ilk hissəsini araşdırma və ictimai baxış üçün yayımlayıb. Onun sözlərinə görə, qərar “maksimum şəffaflıq” məqsədi daşıyır.

“Əvvəlki administrasiyalar bu mövzuda şəffaf olmayıb. Yeni sənədlər və videolarla insanlar özləri qərar verə biləcək: “Burada əslində nə baş verir?”” – deyə Tramp qeyd edib.

Açıqlamada hökumət arxivlərində yadplanetli həyat, naməlum uçan obyektlər və izah olunmayan hava hadisələri ilə bağlı materialların müəyyən edilərək ictimaiyyətə təqdim olunduğu vurğulanıb.

Sənədlərin və videoların hansı detalları əhatə etdiyi hələlik tam açıqlanmayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki