ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Milli Dua Səhər Yeməyi mərasimində çıxışı zamanı beynəlxalq təhlükəsizlik və sülh məsələlərinə toxunub. O bildirib ki, sülhün qorunması və təmin olunması üçün güc mühüm rol oynayır.
İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, güc faktoru olmadan sülhə nail olmaq olduqca çətindir. “İnanıram ki, sülhə yalnız güc yolu ilə çatmaq mümkündür. Əgər güc yoxdursa, sülh də olmur. ABŞ isə bu baxımdan kifayət qədər güclü dövlətdir”, – deyə o qeyd edib.
ABŞ prezidenti vurğulayıb ki, ölkəsinin hərbi və siyasi gücü yalnız təhlükəsizliyin təmin olunmasına və münaqişələrin qarşısının alınmasına xidmət edir. Onun sözlərinə görə, güclü mövqe sülhün qorunması üçün əsas şərtlərdən biridir.
Jalə
























