image-1789201161_5271497998913445559backend

İnsan nə qədər yatmalıdır ki, gec qocalsın? – Dəqiq müddət BİLİNDİ

Kolumbiya Universitetinin alimləri “qocalma saatı”nı araşdırıblar.

Xarici mətbuata istinadən bildirir ki, 37-84 yaş arası təxminən 500 min nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, bioloji yaşlanmanın 6 saatdan az və ya 8 saatdan çox yatmaq qocalmanı daha da sürətləndirir.

Həmçinin tədqiqatçılar bildirir ki, uzun yuxu müddəti sağlamlığın pisləşməsinin simptomu ola bilər.  ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) yetkinlər üçün gecə ortalama 7 saat yatmağı tövsiyə edir.

Mütəxəssislər yuxunun ardıcıllığına üstünlük verməyi məsləhət görürlər. Hətta həftə sonları belə, eyni vaxtda yatmaq eyni vaxtda oyanmaq ən yaxşısıdır. Təxminən 20 dəqiqədən sonra yuxuya gedə bilmirsinizsə, qısa müddətə yataqdan qalxmaq və zəif işıq altında sakit bir fəaliyyətlə məşğul olmaq tövsiyə olunur. Amma yerin içində qurcalanmaq insanı daha da gərginləşdirir. // Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki