Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb.
Prezidentin köməkçisi bildirib ki, səfərin ilk günündə diplomatlar Şuşa və Xankəndidə olublar.
“Hazırda isə nümayəndə heyəti Ağdərə və Kəlbəcər istiqamətində səfərini davam etdirir”,- o qeyd edib.
























