image-whatsapp-image-2026-09-13-at-17-45-51-1backend

Faiq Quliyev: “İndiki dövrdə tanınmaq çox asandır”

Azərbaycanlı blogger Faiq Quliyev müasir dövrdə tanınmaq və gündəmə gəlmək imkanlarının əvvəlki illərlə müqayisədə xeyli asanlaşdığını düşünür.

Blogger bu barədə danışarkən bildirib ki, əvvəllər tanınmaq üçün uzun müddət çalışmaq, böyük əziyyət çəkmək və özünü auditoriyaya sübut etmək lazım idi. Onun sözlərinə görə, bu gün isə vəziyyət tamamilə fərqlidir.

image-whatsapp-image-2026-09-13-at-17-24-17

“İndiki dövrdə tanınmaq çox asandır. Əvvəllər sürünə-sürünə, çox əziyyət çəkərək müəyyən bir yerə gəlirdin. İndi isə adı ağzına gələn kimi danışan, bir paylaşımı ilə gündəmə düşən insanlar var. Bir mövzu ətrafında danışmaq və diqqət çəkmək bəzən kifayət edir ki, həmin şəxs qısa müddətdə tanınsın”, – deyə Faiq Quliyev bildirib.

image-whatsapp-image-2026-09-13-at-17-24-14-3

Bloggerin fikrincə, tanınmaq asanlaşsa da, həmin mövqeni qorumaq və uzun müddət auditoriyanın marağını saxlamaq daha çətindir. Çünki rəqəmsal platformalarda hər gün çoxlu sayda yeni sima və məzmun ortaya çıxır.

Faiq Quliyev hesab edir ki, əsl uğur yalnız məşhurlaşmaqla ölçülməməlidir. İllərlə fəaliyyət göstərmək, öz auditoriyasını formalaşdırmaq və keyfiyyətli məzmun yaratmaq blogger üçün daha böyük əhəmiyyət daşıyır.

image-whatsapp-image-2026-09-13-at-17-24-14-2

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki