image-futbol-2-620x403backend

Premyer Liqada iki maraqlı oyun: Bu gün hansı komanda qarşılaşır?

Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.

Turun ikinci günündə “Kəpəz” “Qəbələ”ni, “Sumqayıt” isə “Şamaxı”nı qəbul edəcək.

Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qəbələ” görüşü saat 17:30-da, “SOCAR Polymer Arena”da baş tutacaq “Sumqayıt” – “Şamaxı” qarşılaşması isə 19:45-də başlayacaq.

Misli Premyer Liqası

12 sentyabr

V tur

Saat 17:30, “Kəpəz” – “Qəbələ”;

Saat 19:45, “Sumqayıt” – “Şamaxı”.

Xatırladaq ki, dünən turun açılış oyununda “İmişli” doğma meydanda “Neftçi”yə məğlub olub – 2:3.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki