image-6016922579957910505backend

Tramp SEÇİM ARASINDA QALIB

ABŞ prezidenti Donald Trampın İran siyasəti ilə bağlı yeni mövqeyi diqqət çəkib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp hazırda İranla bağlı iki əsas yanaşma arasında seçim edir: hərbi zərbələrə əl ataraq təzyiqi artırmaq və ya danışıqlara məcbur etmək üçün “maksimum təzyiq” sanksiya siyasətini davam etdirmək.

O, bəzi müşavirlərinə sərt mövqe nümayiş etdirərək “İranın rəhbərləri yalnız bombanı anlayır” ifadəsini işlədib. Lakin administrasiyadakı mənbələr bildirir ki, Tramp yeni hərbi əməliyyatlara başlamaq məsələsində ehtiyatlı davranır.

Müşavirlərdən birinin sözlərinə görə, Tramp “narazıdır, amma realistdir” və hərbi gücdən istifadə etmək istəmir, lakin geri çəkilmək də niyyətində deyil.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki