ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Axios-a verdiyi müsahibədə Tramp bildirib ki, İran müəyyən irəliləyiş əldə edib, lakin əsas məsələ onların kifayət qədər uzağa gedib-getməməsidir.
O qeyd edib ki, ABŞ ilə İran arasında hər hansı razılaşma yalnız Tehranın nüvə silahına sahib olmayacağına dair tam öhdəlik götürməsi halında mümkün ola bilər.
Trampın sözlərinə görə, hazırkı mərhələdə İranın nüvə silahından imtinası ilə bağlı razılaşma olmadan heç bir saziş əldə edilə bilməz.
Jalə
























