ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, onun fikrincə İran ABŞ ilə razılaşma əldə etmək istəyir və danışıqlara hazırdır.
O, eyni zamanda İranın media davranışını tənqid edərək deyib ki, Tehran rəsmiləri onunla hörmətlə danışdıqları halda, daha sonra televiziyaya çıxaraq ABŞ prezidenti ilə danışılmadığını inkar edirlər. Tramp bunu “oyun oynamaq” kimi qiymətləndirib.
Rauf
























