image-1754598503_tramp_2_1754685532_1_1765259150backend

Tramp enerji şirkətləri ilə müzakirələr aparıb

ABŞ prezidenti Donald Tramp İranla bağlı blokadanın davam etdirilməsi üçün enerji şirkətləri ilə müzakirələr aparıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp aparıcı neft şirkətlərinin rəhbərləri ilə görüşərək İran limanlarına tətbiq olunan blokadanın zərurət yaranarsa aylarla davam etdirilməsi üçün mümkün addımları müzakirə edib.

Görüşdə əsas diqqət qlobal neft bazarlarına təsirin azaldılması, ABŞ-da yanacaq qiymətlərinin sabit saxlanması və enerji təchizatının davamlılığına yönəlib.

Məlumata görə, Vaşinqton İran üzərində təzyiqi artırmaq məqsədilə blokadanı uzun müddət davam etdirməyə hazırlaşır, eyni zamanda bunun dünya enerji bazarlarına mənfi təsirlərini minimuma endirmək üçün əlavə tədbirləri də nəzərdən keçirir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki