ABŞ Prezidenti Donald Tramp Çin və İranla bağlı açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, ABŞ-ın Çin ilə qarşıdurmadan daha çox əməkdaşlığa üstünlük verməsi daha doğru olar və Pekinin də eyni yanaşmanı bölüşdüyünü düşünür.
O əlavə edib ki, beynəlxalq vəziyyəti izləyən Çin tərəfi Venesuela və İran ətrafında baş verən prosesləri də diqqətlə izləyir. Trampın sözlərinə görə, İran məsələsində baş verənlər Pekin üçün də mühüm siqnaldır.
ABŞ lideri həmçinin qeyd edib ki, onun fikrincə İranın hərbi gücü artıq ciddi şəkildə zəifləyib və “əsasən təsirsiz vəziyyətə düşüb”.
Jalə
























