ABŞ prezidenti Donald Tramp İranla mümkün sülh danışıqları ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, New York Post qəzetinə müsahibəsində bildirib ki, Tehranla üz-üzə görüşlərin təşkili üçün hələ tezdir. Tramp qeyd edib ki, tərəflər arasında razılaşmaya yaxın olunduğu barədə məlumatlara baxmayaraq, bu mərhələdə birbaşa danışıqları planlaşdırmaq düzgün deyil.
Jurnalistlərin onun mümkün danışıqlar üçün Pakistana səfər edib-etməyəcəyi ilə bağlı sualına isə Tramp mənfi cavab verib. O bildirib ki, belə bir səfər hələlik real görünmür və məsafənin uzaq olması səbəbindən bunu məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, daha əvvəl ABŞ və İran arasında vasitəçilər üzərindən aparılan danışıqlarda müəyyən irəliləyişin olduğu bildirilsə də, yekun razılaşma hələ əldə olunmayıb və proses qeyri-müəyyən olaraq qalır.
Rauf
























