ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı otellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə C-SPAN telekanalı məlumat yayıb.
Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceys Devid Vensi və Ağ Evin mətbuat katibini zaldan çıxarıblar.
“Axios” portalının müxbiri Barak Ravid X sosial şəbəkəsində bildirib ki, tədbirdən qısa müddət əvvəl zalda silah səsləri eşidilib.
Daha sonra atışmanın tədbirin keçirildiyi otelin foyesində baş verdiyi bildirilib.
Keytlin Kollins CNN-in efirində bildirib ki, silahlı şəxs zərərsizləşdirilib.
























