Rusiya ordusu Ukrayna ilə bağlı müvəqqəti atəşkəs elan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya tərəfi 8–9 may tarixləri arasında Ukraynada birtərəfli qaydada atəşkəs tətbiq edəcəyini açıqlayıb. Qərarın detalları və bu müddətdə hansı istiqamətləri əhatə edəcəyi barədə əlavə məlumat verilməyib.
Ukrayna Prezidenti Volodimyr Zelenski Rusiyanın iddia etdiyi atəşkəslə bağlı rəsmi təklif almadıqlarını açıqlayıb.
O bildirib ki, buna baxmayaraq, Ukrayna tərəfi 6 may saat 00:00-dan etibarən atəşkəsə əməl edəcək. Prezident əlavə edib ki, Kiyev Rusiyanın da eyni addımı atacağını və müharibənin dayandırılması istiqamətində real addımlar atmasını gözləyir.
Rauf
























