image-6014739903347887383backend

Şimali Koreyada Qərb hərbi texnikasının qalıqları nümayiş etdirilib

Şimali Koreyada yeni açılmış hərbi memorial kompleksində diqqətçəkən görüntülər ortaya çıxıb. Məlumata görə, dağıdılmış Qərb istehsalı hərbi texnika nümunələri nümayiş olunub.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Andrey Belousovun Şimali Koreyaya səfəri zamanı gündəmə gəlib. Onun ziyarət etdiyi yeni hərbi abidə ərazisində NATO ölkələri tərəfindən Ukraynaya verilmiş bəzi zirehli texnikaların qalıqları müşahidə olunub.

Görüntülərdə Almaniya istehsalı Leopard 2A4 tankı, Fransa istehsalı AMX-10 və ABŞ istehsalı M1117 kimi texnikaların dağıdılmış vəziyyətdə sərgiləndiyi bildirilir.

İddialara əsasən, bu texnikalar Ukrayna müharibəsi zamanı məhv edildikdən sonra Rusiya tərəfindən Şimali Koreyaya təqdim edilib və təbliğat xarakterli sərginin bir hissəsi kimi istifadə olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki