Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən Quba şəhəri Lütfizadə küçəsində yerləşən “Şahdağ” oteldə Quba Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti-quraşdırma işlərinin aşkarlanması barədə iddialara münasibət bildirib.
İNFOAZ.MEDİA verir ki, deputat Pravda.az-a açıqlamasında yayılan məlumatları təkzib edib.
Ə.Məhərrəmzadə deyib ki, sözügedən otel ona məxsus deyil:
““Şahdağ” oteli qardaşıma məxsusdur. Orada qanunsuz tikinti yoxdur…”























