Ukrayna qüvvələri Rusiyanın Tuapse neft emalı zavoduna növbəti dron hücumu həyata keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu, son bir ay ərzində həmin obyektə edilən üçüncü böyük zərbə kimi qeyd olunur.
Məlumata görə, hücum nəticəsində zavodda qalan yanacaq çənləri vurulub və ardınca güclü partlayışlar baş verib. Hadisə böyük yanğınlara səbəb olub.
Bildirilir ki, Tuapse neft emalı müəssisəsi əvvəlki hücumlardan sonra artıq ciddi şəkildə zədələnmişdi və son zərbə obyektin vəziyyətini daha da ağırlaşdırıb.
Rauf
Посмотреть эту публикацию в Instagram
























