Aprelin 29-u gecəsi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Orenburq vilayətində yerləşən Orsk şəhəri və Perm diyarında neft infrastrukturlarına hücum etdiyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, Astra-nın məlumatına görə, zərbələr əsasən enerji obyektlərinə yönəlib.
Məlumata əsasən, Orskdakı “Orsknefteorgsintez” neft emalı zavodu Rusiyanın iri emal müəssisələrindən biri hesab olunur və illik təxminən 6 milyon ton neft emalı gücünə malikdir. Zavod benzin, dizel yanacağı, mazut, bitum və aviasiya kerosini daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və Ural–Volqa bölgəsinin təchizatında mühüm rol oynayır. Məhsulların bir hissəsinin ixrac edildiyi də qeyd olunur.
Hadisə ilə bağlı rəsmi qurumlardan əlavə məlumat açıqlanmayıb.
Jalə
























