Mali’nin Kidal şəhərində Rusiyanın “Afrika Korpusu” adlı hərbi qüvvələri ilə bağlı mühüm hadisə baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Afrika Korpusu” bölmələri Kidal şəhərindən silahlı qrupların müşayiəti ilə geri çəkilib. Bu çıxış Tuareg üsyançıları ilə əldə edilən razılaşmadan sonra həyata keçirilib. Razılaşmaya əsasən, rus qüvvələrinə şəhəri təhlükəsiz şəkildə tərk etmək imkanı verilib.
Eyni vaxtda bölgədə Mali ordusu və digər silahlı qruplar arasında da gərgin döyüşlər qeydə alınıb. Kidal şəhəri isə uzun müddətdir həm hökumət qüvvələri, həm də Tuareg separatçılarının əsas strateji hədəfi sayılır.
Rauf
























