Rusiya Müdafiə Nazirliyi Mali ərazisində böyükmiqyaslı hücumun qarşısının alındığını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin açıqlamasına görə, “Afrika Korpusu” adlı rus hərbi qüvvələri 25 aprel tarixində baş verən hücumun dayandırılmasında iştirak edib. Bildirilib ki, təxminən 12 min silahlı döyüşçü ölkənin dörd əsas şəhərinə, o cümlədən paytaxta hücum edib.
Rusiya tərəfi iddia edir ki, qarşıdurmalar zamanı təxminən 2 500 hücumçu zərərsizləşdirilib.
Açıqlamada həmçinin hücum edən qüvvələrin Ukrayna və Avropadan olan təlimçilər tərəfindən hazırlandığı da iddia olunub.
Rauf
























