image-1778132462_328654c8-8c67-409f-9b20-3f5d6fe087ecbackend

Rumıniyada yəhudi qəbiristanlığında “Adolf Hitler”in məzarı tapıldı

Rumıniyada yəhudi qəbiristanlığında üzərində “Adolf Hitler” adı yazılmış məzar aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Buxarestdəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, söhbət nasist diktatoru Adolf Hitlerdən deyil, onun adaşından gedir.

Diplomatik nümayəndəliyin məlumatına görə, məzar Rumıniyanın paytaxtındakı “Filantropiya” yəhudi qəbiristanlığında yerləşir.

Qeyd olunur ki, aşkenazi yəhudi qəbiristanlığı olan “Filantropiya” 1865-ci ildə açılıb və Buxarestdə qorunub saxlanılan üç yəhudi qəbiristanlığı arasında ən qədimi və ən böyüyüdür.

Səfirlikdən bildirilib ki, məzar Avstriya əsilli yəhudi papaqçı Adolf Hitlerə məxsusdur.// Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki