image-rubio-ai-impostorbackend

Rubio: Hörmüz boğazı İranın deyil, bağlanması qəbuledilməzdir

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazı beynəlxalq su yoludur və İranın onu bağlamaq hüququ yoxdur.

İNFOAZ.MEDİA xəbər verir ki, Rubionun sözlərinə görə, Tehran tərəfindən bu boğaza nəzarət etmək və gəmilərin keçidini məhdudlaşdırmaq cəhdləri qəbul edilə bilməz və belə bir vəziyyət “normallaşdırıla bilməz”.

ABŞ rəsmisi vurğulayıb ki, hər hansı ölkənin beynəlxalq su yolları üzərində bu cür nəzarət qurması qlobal ticarət və enerji təhlükəsizliyi üçün ciddi risk yaradır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki