Real Madrid, Santiago Bernabéu stadionunda keçirilən konsertlər zamanı yaranan səs-küy səbəbindən məhkəməlik olub.
Real Madrid-in stadionda təşkil etdiyi konsertlərin yaratdığı yüksək səs-küyə görə qonşu sakinlər klub barəsində məhkəməyə müraciət ediblər. Klub səs səviyyəsinin azaldılması və yaşayış binalarında səs izolyasiyasının aparılması ilə bağlı təkliflər irəli sürsə də, sakinlər bu təklifləri qəbul etməyiblər. Hazırda məsələ məhkəmə prosesində davam edir.
EMİN
İNFOAZ.MEDİA
























