Qərb kəşfiyyat rəsmiləri Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibənin başlamasından sonra Avropada sui-qəsd planlarını artırdığını bildiriblər. Məlumata görə, hədəflər arasında fəallar, Rusiyadan qaçan şəxslər (defektorlar), hərbi fiqurlar və Ukraynanı dəstəkləyən şəxslər yer alır.
İNFOAZ.MEDİA xəbər verir ki, Vladimir Oseçkin, Ruslan Gabbasov və hətta Volodimir Zelenski kimi şəxslərin də potensial hədəflər sırasında olduğu iddia edilir.
Fransa, Litva, Almaniya, Polşa və İspaniya kimi ölkələrdə təhlükəsizlik orqanlarının Rusiya ilə əlaqəli olduğu güman edilən müşahidə, bomba planları, silahlı hücumlar və qətl cəhdlərini araşdırdığı və ya qarşısını aldığı bildirilir.
Rəsmilərin fikrincə, Rusiya 2018-ci ildə Sergey Skripalın zəhərlənmə hadisəsindən sonra Avropadan kəşfiyyatçıların çıxarılması səbəbilə birbaşa agentlərdən daha çox cinayətkar şəbəkələrdən və yerli şəxslərin cəlb edilməsindən istifadə edir.
Avropa təhlükəsizlik rəsmiləri bu əməliyyatların həm rəqibləri aradan qaldırmaq, həm də xaricdə siyasi təzyiq və qorxu yaratmaq məqsədi daşıdığını bildirirlər. Rusiya isə ittihamları rədd edir.
Rauf
























