image-gargash2-1024x576backend

Qarqaş: “Nüvə silahı olsaydı, vəziyyət daha təhlükəli olardı”

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Ənvər Qarqaş İranın regiondakı roluna dair diqqətçəkən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, İran artıq nüvə silahına malik olmasa belə, özünü supergüc kimi aparır. Qarqaş xəbərdarlıq edib ki, əgər Tehran nüvə hərbi imkanlarına sahib olsaydı, vəziyyət daha da təhlükəli ola bilərdi.

“İran nüvə silahı olmadan belə supergüc kimi davranır. Təsəvvür edin ki, belə silahlara malik olsaydı”, – deyə o qeyd edib.

BƏƏ rəsmisi əlavə edib ki, İranın son hərbi fəaliyyətləri regionda uzunmüddətli təhlükə kimi qiymətləndirilir və bu, təhlükəsizlik balansına ciddi təsir göstərir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki