İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ölkəyə qarşı təzyiqlərin yeni mərhələyə keçdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, açıqlamasında qeyd edib ki, “düşmən” artıq İranı zəiflətmək və hətta daxildən çökdürmək məqsədilə çoxşaxəli strategiya həyata keçirməyə çalışır. Ghalibafın sözlərinə görə, bu strategiyaya dəniz blokadası, media müharibəsi, iqtisadi təzyiqlər və daxili parçalanmanı təşviq edən addımlar daxildir.
Spiker vurğulayıb ki, bu addımların məqsədi ölkənin daxili sabitliyini pozmaq və İranı daha həssas vəziyyətə salmaqdır.
Rauf
























