İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, Hörmüz boğazı ətrafında yeni “geosiyasi balansın” formalaşma prosesi gedir və bölgədə vəziyyətin dəyişdiyini iddia edib.
O, ABŞ və onun müttəfiqlərini atəşkəsin pozulması və blokada siyasəti ilə dəniz nəqliyyatı və enerji daşımalarının təhlükəsizliyini risk altına atmaqda ittiham edib. Qalibaf bu addımların nəticə verməyəcəyini və təsir gücünün azalacağını bildirib.
İran rəsmisi əlavə edib ki, hazırkı vəziyyət ABŞ üçün uzunmüddətli perspektivdə dözülməzdir və Tehran tərəfinin hələ tam olaraq “addım atmadığını” vurğulayıb.
Jalə
























