İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinə qarşı yeni təzyiq planlarının həyata keçirildiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, açıqlamasında “düşmənin yeni planı”nın dəniz blokadası, iqtisadi təzyiqlər və media kampaniyaları vasitəsilə ölkədə daxili birliyi zəiflətməyə yönəldiyini iddia edib. Qalibafın sözlərinə görə, bu strategiyanın məqsədi İranı təslim olmağa məcbur etməkdir.
O həmçinin mümkün hərbi hücum və xüsusilə “terror xarakterli əməliyyatlar” riskinin istisna olunmadığını qeyd edib, lakin əsas diqqətin cəmiyyət daxilində parçalanma yaratmaq cəhdlərinə yönəldildiyini bildirib.
Qalibaf əlavə edib ki, İranın düşmənləri iqtisadi təzyiq vasitəsilə nəticə əldə etməyə ümid edirlər, lakin onun fikrincə, bu hesablamalar səhv məlumatlara əsaslanır və yanlış qərarlar regionda gərginliyi daha da artıra bilər.
Rauf
























